+91 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Məhəmmədrəsul Məcidov Mərakeşli Məhəmməd Arjauya qalib gələrək 1/8 finala adladığı döyüşdən sonra müsahibəə verib.
- İlk döyüşün təəssüratları necədir?
- Bu olimpiadada ilk döyüşüm idi. İlk döyüş həmişə ağır keçir. Əzələlər tam açılmamışdı. Amma fikrimcə növbəti döyüşlərim bundan da yaxşı olacaq.
- Komanda yoldaşlarının çıxışları barədə nə deyə bilərsən?
- Komandamız çox gözəl start götürüb. Yalnız 49 kq çəkidə bəxtimiz gətirmədi. O yaxşı gəncdir. Rəqibi də güclü idi. Sadəcə bəxti gətirmədi. Həm də gəncdir və böyük idmanda elə də təcrübəsi yoxdur. Fikrimcə komanda hesabında birinci yeri tutmağa gücümüz var.
- Növbəti rəqibini tanıyırsan?
- Bəli. Növbəti rəqibim Qazaxıstan idmançısı İvan Daçkodur. O mənim köhnə rəqibimdir. O çox güclü, çox hündür idmançıdır. Onunla döyüşmək mənim üçün çətin olacaq. Bilirəm ki, mənimlə döyüşə çox güclü hazırlaşıb. Amma hər şeyi rinq göstərəcək. Bu idmandır. Biz onunla həmişə dostluq edirik. Əlaqə saxlayırıq. Amma rinqdə dostluq olmur. Mən İvanla finalda döyüşmək istərdim. İkinci döyüşü onunla keçirəcəyimə təəssüf edirəm. Ona görə yox ki, mən ondan qorxuram, ya da o məndən. Sadəcə mən iki dəfə onunla döyüşmüşəm və yolunu kəsmişəm. Bu dəfə də çalışacağam onun yolunu kəsim. Təəssüf ki, püşkə əsasən başqa variantım yoxdur. Hər kəs özü üçün döyüşür.
- Xarici jurnalistlərlə ingilis dilində yaxşı danışdığını gördüm. (Xarici jurnalistə müsahibə verərəkən tərcüməçi könüllünün düzgün başa salmadığını görüb özü müxbirlə ingilis dilində danışmağa başladı-red).
- Mən yaxşı deməzdim. Amma danışa bilirəm. Hərdən jestlərdən də istifadə edərək vəziyyətdən çıxa bilirəm. İngilis dilini bu yarışlarda iştirak edə-edə öyrənmişəm. İdmanın mənə gətirdiyi faydalardan biri də budur.
- İlk döyüşünü gənclər və idman naziri də izləyirdi.
- Bu mənim üçün çox xoş oldu. Gənclər və İdman naziri Azad Rəhimovu tribunada görəndə mənim əhval-ruhiyyəm yüksəldi. Daha da ruhlandım. Federasiya rəhbərliyi də burda idilər. Ona görə də, bu qədər insanların qarşısında uduza bilməzdim. Mən öz ölkəmlə fəxr edirəm və həmişə Azərbaycanın şərəfini layiqincə qorumağa çalışacağam.
Mənbə: İdman.com
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!
Mbappe "Real" üçün 130 milyon avrodan keçməyə hazırdır
Azərbaycan çempionatında növbəti finalçı müəyyənləşdi
"Yurqorden" Musa ilə yolları ayıracağının anonsunu verdi