Hollandiya mətbuatı: «Stiv Maklaren Vaqif Cavadova şans verməyəcək»

XƏBƏR 29 Yanvar 2010 / 10:49 2378
-  A +

«Tvente»nin baş məşqçisi Stiv Maklaren çox güman ki, bu həftənin bazar günü keçirilən «Roda»ya qarşı oyunda Vaqif Cavadova şans verməyəcək. Qol.Az-ın məlumatına görə, bu haqda «Tvente»nin son məşqini izləyən Hollandiyanın «Telesport» qəzetinin əməkdaşları məlumat verib. Qəzet millimizin hücumçusu Vaqif Cavadovun dünən «Tvente»nin heyətində ilk məşqə çıxdığını xatırladıb: «Prinsipcə, Cavadov «Roda»ya qarşı oynamağa hazırdır. Amma Tiote Afrika kubokundan geri qayıtdığına görə, Stiv Maklaren yəqin ki, bu futbolçuya şans verəcək».

 


Son xəbərlər