Ərdoğan futbola görə pul kisəsinin ağzını açdı

Ərdoğan futbola görə pul kisəsinin ağzını açdı
XƏBƏR 28 Yanvar 2010 / 18:51 2189
-  A +

Türkiyə höküməti Avro-2016-ya ev sahibliyi etmək istəyən Türkiyə Futbol Federasiyasına (TFF) dəstək verib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Tayyip Ərdoğan Türkiyənin qitə birinciliyinə ev sahibliyi edəcəyi halda yeni stadionların inşası üçün dövlət tərəfindən 920 milyon avronun ayrılacağı ilə bağlı zəmanət məktubuna qol çəkib.
Qeyd edək ki, Avropa çempionatına ev sahibliyi edəcəyi halda Türkiyə matçların keçirilməsi üçün Ankara, İzmir, Bursa, Konya, Əskişəhir, Antalya və İstanbul şəhərlərini, qitə birinciliyinin final matçı üçün isə “İstanbul Atatürk Olimpiya Stadionu”nu təklif edib.
Sözügedən məsələylə bağlı açıqlama verən TFF-in başçısı Mahmut Özgənər “Dünyanın ən büyük üçüncü idman yarışı olan Avropa çempionatının 2016-cı ildə ölkəmizdə keçirilməsi üçün baş nazirimizin təxminən 1 milyardlıq təzminat məktubu turnirə ev sahibliyi etməyimiz baxımından həlledici ola bilər” deyib.


Son xəbərlər