"Qarabağ" və "Tvente" futbol akademiyasının açılması istiqamətində daha bir addım atdı

XƏBƏR 28 Yanvar 2010 / 17:41 2126
-  A +

“Qarabağ” və Hollandiyanın “Tvente” klubu birlikdə uşaq futbol akademiyası açmağı planlaşdırır. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məqsədlə Ağdam klubunun uşaq futbol koordinatoru Həmdi Sərpil Tüzün Hollandiyaya yola düşüb. Türkiyəli mütəxəssis Hollandiya milli komandasının bazasında yeniyetmələrin futbol gününə həsr olunmuş seminarda iştirak edib. Serpil daha sonra Hollandiya millisinin yeniyetmələrdən ibarət komandanın köməkçi məşqçisi Remi Reynisi ilə görüşərək, birlikdə uşaq futbolunun inkişafı ilə bağlı müzakirələr aparıblar.

Son xəbərlər