Ramin Musayev: “Hakimliklə bağlı hər hansı bir problem yaşamayacağıq”

Ramin Musayev: “Hakimliklə bağlı hər hansı bir problem yaşamayacağıq”
ÖLKƏ FUTBOLU 28 Yanvar 2010 / 17:18 2168
-  A +

“Türkiyəyə səfərimiz çox yaxşı keçdi. Qardaş ölkədə olduğum müddətdə əksər klublarımızın oyunlarını izləməyə imkan tapdım”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.
PFL-in başçısı klublarımızın Türkiyədə yüksək səviyyədə oyun sərgilədiyini söyləyib: “Demək olar ki, əksər klublarımızın oyunlarını izləməyə imkan tapdım. Bir çox klublarımızı yaxşı oyunlarıyla seçilirdilər. Məsəlçün “Xəzər Lənkəran”ın “Sibir”ə qarşı keçirdiyi matça baxdım. Oyun çox xoşuma gəldi. Hər iki komanda yüksək səviyyəli, sürətli futbol sərgilədi. İnanıram ki, klublarımız çempionatda da bu cür oyun göstərsələr, fasilədən sonra biz daha gərgin, daha maraqlı mübarizəyə şahid olacağıq”.
Ramin Musayev eyni zamanda Türkiyədə təlim-məşq toplanışında olan hakimlərimizin də hazırlıq səviyyəsindən razı qaldığını bildirib: “Hakimlərimizin oradakı şəraiti ilə yaxından tanış olduq. Yüksək səviyyədə hazırlıq keçirlər. Orada gördüklərim hakimlərimizə olan inamımı daha da artırdı. Hakimlərimiz bir çox qarşılaşmaları yüksək səviyyədə idarə ediblər. İnanıram ki, fasilədən sonra hakimlər etimadı doğruldacaqlar. Çempionat və kubok oyunlarında hakimliklə bağlı hər hansı bir problem yaşayamayacağıq. Bilirsiniz ki, hakim yetişdirmək bir və ya iki günün işi deyil. Bunun üçün 5, hətta 10 il də zaman lazım gələ bilər. Amma Hakimlər Komitəsi gənc hakimlərin daha tez yetişməsi, onların təcrübə qazanması üçün çalışır”.  

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın