Azərbaycan kanoe-slalomçusu Olimpiadanın yarımfinalına yüksəlib

Azərbaycan kanoe-slalomçusu Olimpiadanın yarımfinalına yüksəlib
OLİMPİYA-2016 8 Avqust 2016 / 01:04 4427
-  A +

Azərbaycan kanoe-slalomçusu Yure Meqliç 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

Qol.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, 32 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə ilk 2 seçmə mərhələ keçidindən sonra 15 ən yaxşı nəticə göstərənlər sırasında yer almağı bacarıb.

İlkin keçiddən sonra onun nəticəsi 2 cərimə saniyəsi ilə 95,12 olubsa, ikinci keçidi cəriməsiz və 90,70-lik göstərici ilə başa vurub. Bununla da Meqliç 21 iştirakçı arasında 11-ci yeri tutub.

Avqustun 10-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq yarımfinal keçidində Meqliç ilk "10-luğ"a düşməyi bacarsa, həmin gün saat 22:15-də start götürəcək finala yüksələcək.


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq