Rio-2016: daha 4 idmançımız mübarizəyə qoşulur

Rio-2016: daha 4 idmançımız mübarizəyə qoşulur
OLİMPİYA-2016 7 Avqust 2016 / 10:27 7108
-  A +

Bu gün Rio Olimpiadasında Azərbaycanın dörd idmançısı çıxış edəcək.

Qol.az-ın mılumatına görə. ilk olaraq cüdoçu Nicat Şıxəlizadə (66 kq) mübarizəyə qoşulacaq.

1/16 final görüşündə onun rəqibi ispaniyalı Suqoy Uriarte olacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Saat 19:15-də velosiped idmanının şosse növü üzrə mübarizə aparan Yelena Pavluxina ilk medallarımızı qazanmaq üçün yarışa başlayacaq. 

Kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə 2 keçid edəcək. İlk keçid saat 20:42-də, ikincisi isə saat 22:42-də başlayacaq
 
Komandamızın bayraqdarı, boksçu  Teymur Məmmədov də gecə saat 02:00-da rinqə çıxacaq. O, ukraynalı Denis Solonenko ilə 1/16 final qarşılaşmasınna çıxacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord