Koreyalı oxatan Olimpiadada ilk dünya rekorduna imza atıb

Koreyalı oxatan Olimpiadada ilk dünya rekorduna imza atıb
OLİMPİYA-2016 6 Avqust 2016 / 02:04 6492
-  A +

Cənubi Koreyadan olan oxatan Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında ilk dünya rekordunun müəllifi olub.

Qol.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, Vuin Kim təsnifat mərhələsində kamandan 72 ox atıb və 700 xal toplayıb.

Dördqat dünya çempionu 52 dəfə "onluğ"a düşməyi bacarıb.

Ondan əvvəlki dünya rekordu da cənubi koreyalı idmançıya məxsus idi. İm Ton Xyun Londonda keçirilən Olimpiadada 699 xal toplamışdı.

Kamandan ox atma üzrə kişilərin yarışı avqustun 8-də davam edəcək. Olimpiya çempionunun adına avqustun 12-də aydınlıq gələcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı