Ponomaryov «Trabzonspor»a qarşı

Ponomaryov «Trabzonspor»a qarşı
ÖLKƏ FUTBOLU 28 Yanvar 2010 / 11:42 2418
-  A +

Azərbaycan milli komandasının keçmiş futbolçusu Anatoli Ponomaryov yeni klubu -  Türkiyənin aşağı dəstə təmsilçisi “Orduspor”un heyətində ilk oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Ponomaryov “Avni Aker” stadionunda Türkiyənin ən güclü klublarından olan “Trabzonspor”la oyunda əsas heyətdə yer alıb. 13 nömrəli forma altında oynayan Ponomaryov 90 dəqiqə ərzində mərkəz hücumçusu funksiyasını yerinə yetirib.
“Orduspor”un 1:2 hesabı ilə uduzduğu matçın 16-cı dəqiqəsində Anatoli qol vurmağa yaxın olub. Lakin onun təhlükəli zərbəsindən sonra trabzonluların qapıçısı Tolqa hesabın açılmasına imkan verməyib. Bununla belə, qonaqların hesabı açmasında həmyerlimizin rolu olub. 38-ci dəqiqədə Hakanın fərqləndiyi epizodda Ponomaryov arxasında olduğu Tolqanı çaşdırmaqla hesabın açılmasına şərait yaradıb. Türkiyə mətbuatı Ponomaryovun oyununu 4 balla qiymətləndirib.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı