Futzal millimiz Portuqaliyaya məğlub oldu

ÖLKƏ FUTBOLU 29 Yanvar 2010 / 00:51 3357
-  A +

Dünən futzal üzrə milli komandamız Avropa çempionatının yarımfinal oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, millimiz Portuqaliya ilə qarşılaşıb. Macarıstanın Debretsen şəhərində keçirilən matçın əsas vaxtı 3:3 hesabı ilə bitib. Penaltilər seriyasında isə millimiz rəqibinə 3:5 hesabı ilə məğlub olub. Turnirin digər yarımfinal matçında Çexiya millisi dördqat Avropa çempionu İspaniya qarşısında duruş gətirə bilməyib - 1:8. Beləliklə, komandamızın yanvarın 30-da 3-cü yer uğrunda keçirəcəyi görüşdəki rəqibi Çexiya yığması olacaq. 

Azərbaycan - Portuqaliya - 6:8 (əsas vaxt - 3:3, penaltilərlə 3:5)

Qollar: Tyaqu, 8; Felipe, 18; Maşado, 29 - Kardinal, 10; Joao Matoş, 28; Pedro Koşta, 29

Daha çox


Son xəbərlər