Aleksey Savinov: "Heç kim "Bakı"nı hesabdan silməsin"

Aleksey Savinov: "Heç kim "Bakı"nı hesabdan silməsin"
XƏBƏR 28 Yanvar 2010 / 03:34 1923
-  A +

Antalyada təşkil olunmuş təlim-məşq toplanışında sol ayağından zədə alan “Bakı”nın müdafiəçisi Aleksey Savinov artıq fərdi məşqlərə başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, moldovalı legionerin 2 həftədən sonra əsas qrupa qoşulacağı gözlənilir. Məşqlərdəki canfəşanlığı və əzmkarlığı müdafiəçinin tezliklə heyətə dönmək niyyətindən xəbər verir: “Azarkeşlərə borcluyuq. Moskvadakı uğursuzluğu ölkə çempionatında və kubok yarışlarında unutdurmalıyıq. Özü də hər iki cəbhədə mübarizə aparacağıq. Buna ehtiyat oyunçular skamyamızın genişliyi də imkan verir”. Moldovalı müdafiəçi “Bakı”nın bu mövsümdəki şanslarını da qiymətləndirib: “Premyer Liqanın qalan 5 oyununda əzmlə mübarizə aparıb “altılığ”a düşməliyik. Sonra isə hər oyun 6 xal anlamına gələcək. Kuboku da ikinci dərəcəli turnir kimi qiymətləndirmək düzgün olmaz. Çempionluğa görə bu yarışı qurban vermək yalnış olardı. Əvvəla çempionluğu təmin etməmişik. Digər tərəfdən isə kubok Avropaya aparan ən qısa yoldur. Odur ki, heç kim bizi hesabdan silməsin”.


Son xəbərlər