Zeynal Məmmədov: "Bakı"nın heyətinə daha bir hücumçu qoşulacaq"

Zeynal Məmmədov: "Bakı"nın heyətinə daha bir hücumçu qoşulacaq"
ÖLKƏ FUTBOLU 28 Yanvar 2010 / 03:29 2594
-  A +

"Bakı"nın baş meneceri Zeynal Məmmədovun müsahibəsi

- Zeynal müəllim, klub rəhbərliyi dünən bir araya gələrək XVIII Birlik Kubokunda iştirak, qış transfer pəncərəsi ərzində aparılan işlər, Premyer Liqa və Azərbaycan Kuboku yarışlarında komandanın qarşısında duran vəzifələr barədə fikir mübadiləsi aparıb. Toplantının gündəmində başqa hansı məsələlər var idi?
- İlk olaraq komandamızın Moskva səfərinin nəticələri barədə ətraflı məlumat verildi. Bu yarışlara böyük ümüdlərlə yollanmağımıza baxmayaraq, komandanın uğursuz çıxış etməsinin səbəbləri analiz olundu. Nəticə bizi qane etmədi, çünki daha yaxşı çıxış etmək üçün hər cür şərait mövcud idi. Komanda uğursuzluğa düçar olubsa, günahı kənarda axtarmaq lazım deyil. Deməli, klubun bütün strukturları günahkardır, deməli, müəyyən sahələrdə boşluqlara yol vermişik. Məsuliyyətin tək məşqçinin və futbolçuların üzərinə qoymağın tərəfdarı deyiləm. Komandamız vəzifənin öhdəsindən gəlməyibsə, bunun məsuliyyətini bütün kollektiv daşıyır.

- Klub prezidentinin yeni transfer olunan futbolçular barədə fikirlərini bilmək maraqlı olardı... 
- Qış fasiləsində heyətə cəlb etdiyimiz oyunçular səviyyəli və təcrübəli futbolçulardır. Təəssüf ki, onlar Moskva turnirində zəif çıxış edərək, komandamızın oyununu gücləndirə bilmədilər. Görünür ki, bir qədər zamana ehtiyac var. Onların komandaya və mühitə tam uyğunlaşması üçün bütün zəruri adıımlar atılır, inanırıq ki, yeni oyunçularımız "Bakı"ya faydalı olacaqlar.

- Qış transfer fəaliyyətini bitmiş hesab etmək olarmı?
- AFFA-nın təyin etdiyi transfer pəncərəsi fevral ayının 4-də bağlanır. Klub prezidenti heyəti gücləndirmək üçün bütün imkanları bir daha gözdən keçirməyi tapşırdı. Yəgin ki, heyətə daha bir futbolçu qatılacaq. Ad çəkmək düzgün olmazdı, sadəcə onu deyim ki, onun ampluası hücumçudur.

- Premyer Liqa və kubok yarışlarının hədəfləri dəyişməyib ki?
- Klub prezidenti Hafiz Məmmədov görülən işlər barədə bizim hesabatlarımızı dinlədi, öz fikirlərini bildirdi. Qarşıdan gələn yarışlara hazırlığın gedişi ilə maraqlandı, zəif nöqtələrə diqqət çəkdi, tapşırıq və tövsiyyələrini verdi. Artıq bütün qüvvələr Premyer Liqa və kubok yarışlarına yönəlib. Ümidvarıq ki, komandamız bu sınaqlardan üzüağ çıxaraq azarkeşlərini sevindirməyi bacaracaq. Hədəflər dəyişilməz qalır, "Bakı" həm çempionluğa, həm də kuboka oynayır.

Mənbə: "Bakı"nın rəsmi saytı

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı