Vasif Əliyev: «Baş məşqçi mənə şans verməyəcəyini deyib»

XƏBƏR 8 Yanvar 2009 / 11:55 3198
-  A +

Türkiyə mətbuatı “Bakılı”nın sabiq oyunçusu Vasif Əliyev yeni komandası olan “Giresunspor”dan qovulması barədə məlumat yayıb. V.Əliyev özü Qol.Az-a açıqlamasında bildirib ki, həqiqətən də “Bocaspor”a məğlubiyyətdən sonra komandadan dörd futbolçu uzaqlaşdırılıb. Onların arasında özünün də olduğunu söyləyən V.Əliyev xatırladıb ki, «Giresunspor»la altı aylıq müqaviləsi var və bu səbəbdən mövsümün sonunadək komandanın düşərgəsində qalacaq.
V.Əliyev “Giresunspor”dakı mühitin onun üçün darıxdırıcı olduğunu söyləyib. “Giresunspor”da baş məşqçi dəyişikliyindən sonra komandaya bir neçə yeni futbolçu gəlib. Demək olar ki, heyət yenidən qurulub. Buna görə bu mühit mənə sıxıcıdır. Bundan başqa baş məşqçi Ali Eren mənə şans verməyəcəyini deyib».
V.Əliyev bu səbəbdən müqaviləsi başa çatandan sonra klubdan ayrılmaq istədiyini söyləyib.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord