Ukrayna futbolunun nüfuzlu siması Azərbaycanda çalışan həmyerlilərini tənqid etdi

Ukrayna futbolunun nüfuzlu siması Azərbaycanda çalışan həmyerlilərini tənqid etdi
DÜNYA FUTBOLU 27 Yanvar 2010 / 12:45 2808
-  A +

Ukrayna futbolunun nüfuzlu simalarından sayılan Vyaçeslav Qroznı Azərbaycan klublarında işləyən və işləmiş futbol mütəxəssislərini tənqid edib. Qol.Az-ın «Sport-Ekspress - Ukrayna» qəzetinə istinadən verdiyi məlumata görə, Qroznı deyib ki, ukraynalı məşqçilər Azərbaycan və Qazaxıstanın klublarını çalışdırmaqla özlərinə ziyan vururlar: «Gəlin baxaq, Ukraynanın neçə futbol mütəxəssisi yaxşı futbol çempionatlarında çalışırlar? Belə məşqçilərin birinə də rast gələ bilmərsiniz. Bizim məşqçilər Azərbaycan və Qazaxıstan klublarında işləməklə özlərini «yandırırlar».
Qroznı həmçinin Ukrayna milli komandasına əcnəbi məşqçilərin gətirilməsi ilə bağlı təklifləri də mənfi qarşılayır: «Spartak»ı pis vəziyyətə qoyan Laudrup bizim milli komandaya nə verə bilər? Və ya Azərbaycanda işləyən Berti Foqts və Gürcüstanda çalışmış Klaus Topmepler kimi güclü almaniyalı mütəxəsislər öz komandarına nə veriblər ki, bizə də faydaları dəyə?»

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı