Topaz Premyer Liqa: püşk atıldı

Topaz Premyer Liqa: püşk atıldı
PREMYER LİQA 26 İyul 2016 / 12:16 12502
-  A +

Bu gün Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkatma mərasimi keçirilib.

Qol.az-ın məlumatına görə, püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, yeni mövsümdən Azərbaycan Premyer Liqasında 8 komanda - "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt" klubları mübarizə aparacaq. Son üç mövsümdə olduğu kimi bu dəfə də komandalar dörd dövrədə mübarizə aparacaq.

Artıq çempionatın başlama tarixi müəyyənləşib. Yeni mövsümün ilk turun avqustun 6-7-də keçiriləcək. 

Püşkün nəticəsinə əsasən, birinci turda aşağıdakı oyunlar keçiriləcək: 


Birinci turun püşkatması

“Qarabağ” – “İnter”

“Zirə” – “Sumqayıt”

“Qəbələ” – “Kəpəz”

AZAL-  “Neftçi”


Yeni mövsümün tam təqvimi bu həftə ərzində Peşəkar Futbol Liqası tərəfindən açıqlanacaq. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord