21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Bernhard Lippert futbolçularının fiziki hazırlığından şikayətlənib. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis AFFA-nın rəsmi internet saytına verdiyi müsahibədə “Reyncers”ə məğlubiyyəti məhz bu amillə əlaqələndirib: “Reyncers”ə uduzmağımızın əsas səbəbi futbolçuların fiziki hazırlığının istənilən səviyyədə olmaması idi. İlk hissədə yaxşı oynasaq da, fasilədən sonra uşaqlarda yorğunluq hiss olundu. Həm də futbolçularımız tələsirdilər, səbirsiz oyun nümayiş etdirdilər. Meydanda yorulmaları mövqelərində boşluqlar buraxmalarına səbəb oldu. Rəqib də bundan maksimum istifadə edib qələbə qazandı. Bugünkü oyuna gəlincə, qarşılaşma çətin hava şəraitində, güclü küləyin müşayiəti ilə keçdi. Amma havanın pis olması futbolçularımızın yaxşı oynamamasına bəraət qazandıran səbəb deyil. Oyunumuz alınmadı. Futbolçularımızın zəif oyunu komandada ciddi dəyişikliklər aparmalı olduğumuzla bağlı qənaətimizi daha da gücləndirdi. Hazırkı heyətdən 8-10 nəfər komandanı tərk edəcək”.
Lippert komandadan hansı futbolçuların gedəcəyini artıq müəyyənləşdirilib: “Kimlərlə vidalaşacağımızı müəyyənləşdirmişəm. Amma indi ad çəkmək istəmirəm. Bu barədə futbolçularla söhbətim olub. Hamısının xəbəri var. U-21-ə dəvət etməyi düşündüyümüz uşaqlar yalnız oyun təcrübəsinə görə buradakı futbolçulardan geri qalırlar. Onların beynəlxalq oyun təcrübəsi çoxalsa, qısa vaxt ərzində daha səviyyəli futbolçu olacaqlar. Artıq Avropa çempionatının seçmə mərhələsində heç bir şansımız qalmayıb. Növbəti oyunlarda U-19-un 5-6 üzvünü U-21-ə cəlb etmək fikrimiz var”.
Aydın finala çıxdı
“Fənərbaxça”dan xal itkisi
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib
“Neftçi” və “Difai” rəhbərliyi arasında görüş keçirildi
Liderdən qələbə, "Şəki Siti" və "Ağdaş" uduzdu
"Uduzuruqsa, bunun tək günahkarı biz futbolçularıq" - “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi
Modriç gələcəyi ilə bağlı qərar verdi
Fabio Kannavaro A seriyası klubunda
7 oyunun vaxtı məlum oldu
Con Terri və Endi Koul Premyer Liqanın Şöhrət Zalında
"Bakı Sportinq" "Cəbrayıl"a belə qalib gəldi - Video
Birinci Liqada oyunların vaxtı müəyyənləşdi
Liderlərin oyununda qonaqlar qalib gəldi
Ançelottidən Ardaya şad xəbər
Tuhel bu klubla danışıq aparır
"Mançester Siti"nin Qriliş qərarı
"Bu, futbol dünyası üçün ayıbdır” - Ter Ştegen
"Bavariya" Kloppu gözləyəcək
"Real" azarkeşləri Xavini "Barselona"da qalmağa səslədilər
Azərbaycan millisinin üzvü "Dinamo"ya qarşı oynadı
U-17-nin İnkişaf turniri üçün yekun heyəti açıqlandı
"Zirə"dən 100-cü qələbə
Musa Qurbanlı "Yurqorden"dən ayrılır? - Klubdan açıqlama
Dramatik "El-Klassiko"dan - Video
Xavi "Real"a məğlubiyyətə görə hakimi günahlandırdı
"Qalatasaray"dan ardıcıl 14-cü qələbə
"Real" "Barselona"nı məğlub etdi
İngiltərə kubokunda 2-ci finalçı da bilindi