Kaxaber Sxadadze: "Gənclər etimadımı doğrultmadı"

Kaxaber Sxadadze: "Gənclər etimadımı doğrultmadı"
XƏBƏR 25 Yanvar 2010 / 01:58 1884
-  A +

"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadzenin  müsahibəsi

- Komandanın hazırlıq planı necə gedir?
- Çox işləyirik, Premyer Liqaya ciddi hazirlaşırıq. Futbolçular yoxlama oyunlarına demək olar ki, yorğun çıxır. Təlim-məşq toplanışı olduğu üçün, bu, belə də olmalıdır. Məşqlər və oyunlar çox olmalıdır ki, çempionata da ciddi hazırlaşa bilək.

- “Krivbass”la oyun barəsində nə deyə bilərsiniz?
- Aydın məsələdir ki, komanda məğlub olubsa, demək narazılıq da var, səhvlər üzərində işləmək lazımdır. Oyunun ikinci hissəsində əsasən gənclərə şans verdim, amma çox təəssüf ki, onlar etimadımı tam doğrulda bilmədilər. Əgər “İnter” kimi komandada oynayırsansa, ürəklə oynamalısan, özünü tamamilə oyuna verməlisən.

- Komandada yeni futbolçu varmı?
- Təbii ki, baxışda yeni futbolçular var. Hal-hazırda cinah müdafiəçisini baxışdan keçiririk. Hələ ki, fikrimi qətiləşdirməmişəm, seçim aparırıq. Çempionatın başlamasına çox az vaxt qalıb. Dünən daha 2 oyunçunu baxışdan keçirdik. Biri litvalı, digəri isə paraqvaylıdı. Sol müdafiəçisi mövqeyində çıxış edən paraqvaylı futbolçunu “Krivbass”la oyunda sınadıq. Düzünü deyim ki, oyunu çox da xoşuma gəlmədi. İkinci hissədə isə litvalı müdafiəçiyə şans verdim. O, artıq bizimlə bir həftədir ki, məşq edir. Onun oyununa yenə baxacam, ola bilər ki, onunla müqavilə imzaladıq. Paraqvaylı futbolçu isə geri göndəriləcək. Bizə daha səviyyəli futbolçular lazımdır ki, komandamıza güc qatsınlar. Daha bir neçə futbolçunun baxışa gəlməsi gözlənilir. Fikirləşirəm ki,  düzgün seçim etsək güclənəcəyik. Qarşıda daha 3 yoxlama oyunumuz var. Qazaxıstanın yüksək dəstəsində çıxış edən “Ordobasi”, Sloveniyanın “Koper” və Ukraynanın “Zakarpatye” klubları ilə qarşılaşacağıq. Baxışa gələn futbolçular haqqında yekun qərarı məhz bu oyunlardan sonra verəcəm.

Mənbə: pfl.az


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi