Vaqif Cavadovun komandası “Qroningen”lə görüşəcək

Vaqif Cavadovun komandası “Qroningen”lə görüşəcək
XƏBƏR 23 Yanvar 2010 / 13:00 2156
-  A +

Milli komandamızın hücumçusu Vaqif Cavadovun yeni klubu “Tvente” sabah Hollandiya çempionatında növbəti oyununu keçirəcək. Qol.Az-ın məlumatına görə, Enshede təmsilçisi səfərdə “Qroningen”in qonağı olacaq. Qarşılaşma Bakı vaxtıyla saat 17:30-da başlayacaq.
Hazırda 48 xalla ikinci pillədə qərarlaşan “Tvente” səfərdən qələbə ilə dönsə, o zaman lider “PSV” ilə xallarını bərabərləşdirəcək. “Qroningen” isə 20 xalla 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, uzun müddət lider olan “Tvente” son turda səfərdə “Utrext”lə heç-heçə (0:0) oynayaraq, zirvəni əldən verib. 

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı