“Neftçi” gündən-günə nüfuzunu itirməkdədir”

“Neftçi” gündən-günə nüfuzunu itirməkdədir”
MÜSAHİBƏ 9 İyul 2016 / 14:14 8724
-  A +

“Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə yüksəldi. Ancaq Azərbaycanın ən köklü klubu  “cırtdan” ölkənin  - Maltanın kənd komandası olan “Baltsan”a öz meydanında uduzması ciddi narazılıq yaratdı.

“Neftçi”nin biabırçı oyunu ilə bağlı klubun sabiq vitse-prezidenti Tahir Süleymanov Qol.az-a müsahibə verib.

- “Baltsan”a məğlubiyyət “Neftçi”yə bağlı bir insan kimi sizə necə təsir etdi?
 
- Məsələyə əhatəli yanaşmaq lazımdır. "Neftçi" böyük klubdur. Dörd min əhalisi olan kənd komandası ilk görüşdə "Neftçi"nin adından qorxdu, çəkindi və evdə müdafiədən oynadı. Söhbət qələbə və ya məğlubiyyətdən getmir. Hətta qələbə qazanılmasına baxmayaraq,  ilk oyun göstərdi ki, "Neftçi"də problemlər davam edir. Cavab görüşü bunu sübuta yetirdi. Mərhələ keçilməsinə baxmayaraq, "Neftçi"nin sadiq  azarkeşləri də komandadan çox narazıdırlar. Səbəblər isə çoxdur.

-  Vəli Qasımov oyundan sonra dedi ki, biz yaxşı yoldayıq. Həqiqətənmi onlar yaxşı yoladadırlar?

- Görünən kəndə bələdçi lazım deyil. İstənilən açıqlama verilə bilər. Reallıq isə göz önündədir. Komanda son 1 ildə dağıdılandan sonra özünə gəlməyib, gündən-günə nüfuzunu itirməkdədir. "Neftçi" ilə heç kim zarafat etməsin. Bu klub Azərbaycan futbolunun tarixi deməkdir. Komanda formalaşmayıb, transferlər vaxtında edilməyib və səviyyələri "Neftçi"yə uyğun deyil. Zəif rəqibləri "böyütmək”lə "Neftçi"ni kiçiltmək olmaz. "Baltsan"ın prezidentinin açıqlaması ilə tanışsınız,  özü etiraf edir ki, biz kənd komandasıyıq."Neftçi"yə cavabdeh şəxslər, futbolçular isə bildirirlər ki, rəqib güclü idi. Bu, yolverilməzdir. Belə təfəkkür, düşüncə ilə Milan "İnter"inin qarşısına çıxsaydılar, onları infarkt vurardı. "Neftçi" böyük klubdur, böyük olduğu üçün sona qədər mübarizə aparıb Milanda son dəqiqədə qolumuzu da vurduq. Yanaşma bu çür olmalı və işlər düzgün qurulmalıdır."Neftçi" kimi klubda bəhanəyə yer yoxdur. İkinci mərhələyə çox ciddi hazırlaşmaq lazımdır.

- Vəli Qasımov “Neftçi”yə vaxt lazım olduğunu da dedi. “Neftçi” kimi klubu azarkeşlər nə qədər gözləyə bilər?

- Sualınızı faktla cavablandırım. Biz "Neftçi"ni Gededən sonra dağılmış vəziyyətdə qəbul etdik və heç kimdən vaxt istəmədik. Bəhanələri kənara qoyub "Neftçi"nin adına, tarixinə, nüfuzuna uyğun oyun göstərmək, nəticə qazanmaq lazımdır. Əks halda isə... Söhbət tək baş məşqçidən getmir. Klub baş məşqçi tərəfindən idarə olunmur. Baş məşqçi komandaya cavabdehdir. Baş məşqçi, futbolçulara isə rəhbərlik. "Neftçi" dağıdılmamalı idi. Yeni rəhbərlik son beş mövsümdə 3 çempionluq, 2 kubok, Avroliqanın qrupunda oynamış komandanı qəbul etmişdi.

- Uşaqdan böyüyə hər kəs bilir ki, problem daha çox rəhbərliyin yarıtmaz işindədi. Sizcə, bunu təkcə rəhbərlik özü dərk etmir, yoxsa onlar da bilir, sadəcə islərini tərk etmək istəmir?

- Bunu onlardan soruşsanız, daha yaxşı olar. Hərə öz bacardığı işlə məşğul olmalıdır. "Neftçi" ilə heç kim zarafat edə bilməz. Bunu har bir kəs dərk etməlidir. "Neftçi" futbolumuzun tarixidir. Zarafatın sonu gec-tez bumeranq rolunu oynayacaq.  "Neftçi"nin milyonlarla azarkeşinin hissiyatı ilə heç kimin oynamağa haqqı yoxdur.

- Çıxış yolu nədədir?

- Çıxış yolunu sözdə yox, əməldə göstərmişik. "Neftçi" adına layiq uğurlarının davamını gətirməlidir. Hər kəs öz bacardığı işlə məşğul olsa, bu cür vəziyyət yaranmaz. "Neftçi" digər klubla
rı arxasınca aparmalıdır, arxasınca baxmamalıdır.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq