“Bu gün zəif oynadıqsa...” – “Neftçi”nin futbolçusu

“Bu gün zəif oynadıqsa...” – “Neftçi”nin futbolçusu
MÜSAHİBƏ 8 İyul 2016 / 00:41 8009
-  A +

“Neftçi”nin futbolçusu Jairo Rodriges Avropa Liqasının I təsnifat mərhələsinin “Baltsan”la cavab oyunundan (1:2) sonra Qol.az-ın suallarını cavablandırıb.

 

- Məğlubiyyətlə turu keçdiniz…

- Çətin olacağını bilirdik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Birinci bizə hissədə daha asan oldu. İkinci hissədə isə çətinliklə üzləşdik. İstənilən halda mərhələ adlaya bildik.

- "Neftçi"nin bacardığı elə budur?

- Növbəti oyunda daha yaxşı formada olacağıq. Oyunu uduzsaq da, ümumi nəticə pis deyil. Həm də "Baltsan" güclü rəqib idi. Əlimizdən gələni etdik.

- İlk oyundakı qələbə komandada arxayınlıq yaratmışdı?

- Əsas odur ki, mərhələ adladıq. Arxayınlıq isə yox idi. Biz hər oyuna hazırıq.

- Komandanız hər iki görüşdə ikinci hissəni zəif oynadı. Bu, fiziki hazırlığın yaxşı olmadığını göstərir?

- Ola bilər ki, yorğunluq var. Əsas nəticəyə baxmaq lazımdır.

- "Neftçi" belə oyunla növbəti mərhələdə uğur qazana bilər?

- Biz bu gün zəif oynadıqsa, bu, o demək deyil ki, həmişə belə olacaq. Növbəti mərhələdə necə olacağını deyə bilmərəm. Amma özümüzü yaxşı tərəfdən göstərmək üçün əlimizdən gələni edəcəyik.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər