"Hələ hər şey bitməyib" – Nika Kvekveskiri

"Hələ hər şey bitməyib" – Nika Kvekveskiri
MÜSAHİBƏ 1 İyul 2016 / 09:56 7285
-  A +

"Qəbələ"nin gürcüstanlı futbolçusu Nika Kvekveskiri Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan  sonra jurnalistlərin suallarını cavablandırıb.

 - Matçla bağlı fikirləriniz necədi? Böyük hesablı qələbəni gözləyirdizmi?

- Bu oyuna  yaxşı hazırlaşmışdıq. Baş məşqçi bizə rəqibin zəif və güclü tərəflərin öyrətmişdi. Çalışdıq və qarşıya qoyulan vəzifənin demək olar ki, yüz faizini yerinə yetirdik və yaxşı nəticə əldə etdik. Lakin hər şey hələ bitməyib. Təəssüf ki, bir neçə qol epizodundan yararlana bilmədik. Cavab qarşılamasına da yaxşı köklənib, qələbə qazanmaq lazımdır. 

- "Qəbələ" çox güclü idi, yoxsa rəqib zəif idi?

- Hesab edirəm ki, "Qəbələ" özünün ən yaxşı oyunlarından birini göstərdi. Buna görə nəticə bizim xeyrimizə oldu. Cavab görüşünə də güclü hazırlaşmalıyıq.

- Hansı cəhətlərinə görə "Qəbələ" rəqibdən daha güclü idi? 

- Qələbə istəyi rəqibdə də var idi. "Samrtedia" gənclərdən ibarət komandadır və ilk dəfədir Avrokuboklarda iştirak edirlər.  Ancaq "Qəbələ" daha təcrübəlidir.  Fiziki və taktiki cəhətdən daha hazırlıqlıydıq. Məşqçimiz hər şeyi düzgün planlaşdırmışdı və biz bu tapşırıqları lazımi səviyyədə yerinə yetirdik.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın