"Atletiko" Torreslə müqavilə yeniləyir

"Atletiko" Torreslə müqavilə yeniləyir
DÜNYA FUTBOLU 30 İyun 2016 / 13:40 2680
-  A +

"Atletiko" hücumçusu Fernando Torreslə müqavilənin müddətini uzadacaq.

Qol.az-ın "Marca" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə klubun prezidenti Enrike Sereso məlumat verib.

O, tezliklə ispaniyalı futbolçu ilə müqavilə yeniləyəcəklərini açıqlayıb: "Tezliklə Torreslə yeni müqavilə imzalayacağıq. Sadəcə bəzi xırda detalları həll etmək qalır. Hər hansı problemin olacağını düşünmürəm".

Qeyd edək ki, daha öncə "Avro-2016"dan kənarda qalan Torresin "Atletiko"dan ayrılacağı iddia olunurdu.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın