“Dnepr” dağılır?

“Dnepr” dağılır?
DÜNYA FUTBOLU 29 İyun 2016 / 15:31 8846
-  A +

Ukraynanın köklü klublarından olan “Dnepr” fəaliyyətini dayandıra bilər.

Qol.az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, klubun prezidenti İroq Kolomoyski “Dnepr”i maliyyələşdirməkdən imtina edib.  Məlumatda bildirilir ki, bu səbəbdən bir neçə aydır futbolçuların maaşı ödənilmir, yaxın vaxtlarda isə klub Ukrayna çempionatını çıxışını dayandırdığını elan edəcək.

Məsələ ilə əlaqədar jurnalistlərə açıqlama verən “Dnepr”in baş direktoru Andrey Stetsenko bildirib ki, klub fəaliyyətini davam etdirəcək.

“Bəli, maaşlar verilmir. Miron Markeviç Lvova gedib. Futbolçular bir-bir klubu tərk edir. Amma “Dnepr” fəaliyyətini davam etdirəcək” – deyə o bildirib.

Qeyd edək ki, maliyyə problemləri səbəbindən aparıcı futbolçulardan Leo Matos, Yevgeni Şaxov, Dmitri Çiqrinski, Mateus, Duqlas və Anderson Piko “Dnepr”i tərk ediblər.

Xatırladaq ki, "Dnepr" 2014/15 mövsümündə Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord