“Daçiya” gözlədiyimiz kimi güclü deyil” – Kərim Diniyev

“Daçiya” gözlədiyimiz kimi güclü deyil” – Kərim Diniyev
MÜSAHİBƏ 28 İyun 2016 / 23:26 7217
-  A +

“Kəpəz”in futbolçusu Kərim Diniyev Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Daçiya” klubu ilə oyundan (0:0) sonra Qol.az-ın suallarını cavablandırıb. O, əvvəlcə oyunla bağlı danışıb:

- Xeyli qol epizodlarımız oldu. Təəssüflər olsun ki, istifadə edə bilmədik. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik, lakin alınmadı. Əsas odur ki, qapımızdan qol buraxmadıq. Səfərdə qollu heç-heçə və yaxud qələbə qazanıb turu keçmək istəyirik.

- Şansları necə dəyərləndirirsən?                   

- Heç-heçəni rəqib üçün üstünlük hesab etmirəm. ''Daçiya''nın gücünü gördük. Hesab edirəm ki, keçiləsi rəqibdir. Şanslarımız bərabərdir. Cütün taleyi Moldovada  həll olunacaq.

- Rəqib komandanın prezidenti ilə aranızda mübahisə yarandı.

- Bəli, bizim futbolçumuz yerdə qalmışdı. Rəqib topu kənara atmayıb, hücuma keçdi. Məndə buna əsəbləşmişdim. Topu ona vurmaq niyyətim yox idi. Sadəcə, topu meydandan çıxarmaq istəyirdim. Təsadüfən ona toxundu.

- Rəqib komandanın prezidenti sizə nə söylədi, təhqir etdi?

- Xeyr, təhqir etmədi. Sadəcə dedi ki, gələrsiniz Kişinyova. Məndə problem olmadığını dedim.

- Şahin Diniyev məsələni yoluna qoydu...

- Bəli, elə oldu. Sonra özüm də gedib üzr istədim.

- ''Daçiya''nın Prezidenti bildirdi ki, mərhələni keçən tərəf biz olacağıq.

- Bu onun şəxsi fikridir. Hər şey ikinci oyunda həll olunacaq. Onların qol epizodları çox az oldu. Yaxşı komandadır, amma gözlədiyimiz kimi güclü deyil. Mən inanıram ki, biz bu mərhələni keçəcəyik.

- Təlim-məşq toplanışından yeni gəlmisiniz. Sanki komandada yorğunluq var.

- Biz toplanışı Ərzurumda keçirdik. Dağ havasında, yüksəklikdə məşq edirdik. Oradan döndükdən sonra  buraya öyrəşməyə vaxtımız al oldu. İlk günlər nəfəs almaqda çətinlik çəkirdik. Cavab oyununa kimi tam adaptasiya olacağıq.

Məftun MAHİROĞLU

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın