Messi millidən getdi

Messi millidən getdi
DÜNYA FUTBOLU 27 İyun 2016 / 10:00 29705
-  A +

Argentina millisinin və “Barselona”nın futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı məlumata görə, 29 yaşlı hücumçu Amerika kubokunun finalında Çiliyə uduzduqları oyundan sonra bu addımı atıb.

Kapitan fikrini belə izah edib: “Qərarımı çoxdan vermişəm. Bu oyun çox önəmli idi. Üçüncü dəfədir ki, finalda uduzuruq. Çox çalışırıq, amma alınmır. Bu, millidə son oyunum idi. Milli komandada oynamaq daha mənlik deyil”.

Qeyd edək ki, Argentina final oyununda Çiliyə penaltilər seriyasında uduzub. Zərbələrdən birini Messi qola çevirə bilməyib. 

Argentina millisində ən çox qol vuran Messi 113 oyunda 55 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər