Slutski Rusiya millisindən getdi

Slutski Rusiya millisindən getdi
DÜNYA FUTBOLU 26 İyun 2016 / 14:13 3765
-  A +

Rusiya millisinin baş məşqçisi Leonid Slutski vəzifəsindən gedib.

Qol.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Futbol Federasiyasının prezidenti Vitali Mutko məlumat verib. 

45 yaşlı mütəxəssislə görüş keçirən Mutko Slutskinin bundan sonra yalnız klubda çalışmaq istədiyini bildirib: "Slutski bundan sonra klubda işləmək istədiyini dedi. O, həmçinin bildirdi ki, yığmaya kömək etməyə hər zaman hazırdır. Lakin o yığmanın baş məşqçi vəzifəsindən getməyə qərar verdi".

Qeyd edək ki, Slutskinin komandası "Avro-2016"da keçirdiyi üç oyunda cəmi 1 xal toplayaraq qrup sonuncusu olub. Turnirdən sonra açıqlama verən rusiyalı mütəxəssis vəzifəsində qalmağın düzgün olmadığını bildirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın