Berti Foqts «oyundankənar» vəziyyətdə

Berti Foqts «oyundankənar» vəziyyətdə
DÜNYA FUTBOLU 20 Yanvar 2010 / 15:35 2995
-  A +

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası 1996-2009-cu illərdə dünya futbolunda ən yaxşı nəticə göstərmiş 120 məşqçinin siyahısını hazırlayıb. Siyahıda məşqçilərin milli komanda və klublarda göstərdiyi nəticələr əsas götürülüb. Maraqlıdır ki, 1996-cı ildə Almaniyaya Avropa çempionu adını qazandıran, hazırda Azərbaycan milli komandasına rəhbərlik edən Berti Foqtsun adı siyahıda yer almayıb. Siyahıda ilk onluq klub məşqçilərinə məxsusdur. Aleks Fergüsson birinci, Marçello Lippi ikinci, Arsen Venger isə üçüncü pillədə yer alıb.
Qeyd edək ki, Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası reytinqini əsasən Almaniya futbol mütəxəsisləri müəyyənləşdirir.


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"