“Qəbələ”də litvalı futbolçu

XƏBƏR 7 Yanvar 2009 / 17:08 2814
-  A +

“Qəbələ” klubu litvalı futbolçunu baxışa dəvət edib. Qol.Az saytının əldə etdiyi məlumata görə, bu futbolçu Litvanın “Vetra” klubunda forma geyinib. Tolik Ostap adlı futbolçu dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədovun təklifini qəbul edən yarımmüdafiəçi yaxın günlərdə Bakıda olacaq.
Qeyd edək ki, “Qarabağ”ın sabiq hücumçusu Egidiyus Yuşka da hazırda Litvanın “Vetra” klubunda çıxış edir. Xatırladaq ki, Yuşka 2005-2006-cı ilin futbol mövsümünün ikinci dövrəsində Ağdam klubunun şərəfini qoruyub.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı