Fatih Terim qərarını açıqladı

Fatih Terim qərarını açıqladı
DÜNYA FUTBOLU 24 İyun 2016 / 14:19 16380
-  A +

Türkiyə millisinin baş məşqçisi Fatih Terimin gələcək karyerası ilə bağlı qərarını açıqlayıb. 

Qol.az-ın "Hurriyet" qəzetinə istinadən verdiyi məlumata görə, 62 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək.

Milli komandanın futbolçuları ilə görüşən Terim bunları deyib: "Şansımız olsaydı, "Avro-2016"da yolumuza davam edəcəkdik. İndi istirahət edərək yeni mövsümə yaxşı başlayın. Yaxşı hazırlaşın ki, "DÇ-2018"in seçmə mərhələsinə də uğurlu start verək".

Türkiyə mətbuatı bu çıxışa istinad edərək, Terimin vəzifəsində qalacağını yazıb.

Qeyd edək ki, 2013-cü ildən Türkiyə millisini çalışdıran Terimin "Qalatasaray"ın baş məşqçisi təyin olunacağı barədə də xəbərlər yayılıb.


Son xəbərlər