Fomenko Ukrayna millisindən getdi

Fomenko Ukrayna millisindən getdi
DÜNYA FUTBOLU 23 İyun 2016 / 21:57 2876
-  A +

Ukrayna millisinin baş məşqçisi Mixail Fomenko istefa verib.

Qol.az-ın Ukrayna Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Fomenkonun komandasının "Avro-2016"dakı uğursuz çıxışı səbəb olub.

Ukrayna millisi "Avro-2016"nın qrup mərhələsində keçirdiyi hər üç görüşdən məğlub ayrılıb və bir qol da vura bilməyib. Yığmanın turnirdəki uğursuzluğunda məsuliyyəti üzərinə götürən 67 yaşlı mütəxəssis vəzifəsindən getmək qərarı verib.

Qeyd edək ki, Fomenko 2012-ci ildən Ukrayna millisini çalışdırıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı