Ronaldo 2020-ci ilə qədər "Real"da

Ronaldo 2020-ci ilə qədər "Real"da
DÜNYA FUTBOLU 23 İyun 2016 / 16:50 6515
-  A +

“Real”ın futbolçusu Kriştiano Ronaldo klubu ilə müqaviləsini yeniləyəcək.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın “Marka” qəzeti xəbər yayıb.

Onun 2018-ci ildə başa çatacaq müqaviləsi 2020-ci ilə qədər uzadılacaq.

Portuqaliyalı hücumçunun maaşında fərq olmayacağı bildirilir. O, yenə ilinə 21 milyon avro qazanacaq. Rəsmi müqavilənin “Avro-2016” başa çatdıqdan sonra imzalanacağı qeyd olunub.

İddia olunur ki,  Ronaldo 2020-ci ildə "Real”la müqaviləsi başa çatanda karyerasını da bitirəcək.

Qeyd edək ki, Ronaldo ötən mövsüm “Real”ın heyətində 48 oyuna 51 qol vurub.

Son xəbərlər