İki güləşçimiz Avropa çempionu oldu

İki güləşçimiz Avropa çempionu oldu
GÜLƏŞ 22 İyun 2016 / 20:37 4208
-  A +

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Qol.az-ın Azərbaycan Güləş Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb. Güləşçilərimiz günü 2 qızıl və 1 bürünc medalla başa vurub.

55 kq çəkidə mübarizə aparan Nofəl Babayev ilk görüşündə Gürcüstan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Türkiyə təmsilçisi ilə gərgin keçən növbəti görüşü də üstün tamamlayan güləşçimiz yarımfinalda yerli Rumıniya idmançısı ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmada hesab və xalların keyfiyyəti bərabər olsa da sonuncu xalı qazanan Nofəl Babayev görüşü qalib başa vurub. Finala yüksələn güləşçimiz həlledici görüşdə Ukrayna idmançısını da məğlub edib və gənclərin Avropa çempionatında ikinci dəfə qızıl medal qazanıb. 

66 kq çəkidə yarışan Sənan Süleymanov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Serbiya, Ermənistan və Slovakiyadan olan rəqiblərini üstələyən güləşçimiz yarımfinalda Ukrayna təmsilçisi ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab bərabər olsa da xalların keyfiyyətinə görə rəqib üstün olub. Sənan Süleymanov bürünc medal uğrunda görüşdə Moldovadan olan rəqibini tam üstünlüklə məğlub edib və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.

84 kq çəkidə mübarizə aparan İslam Abbasov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Yunanıstan, Almaniya və Xorvatiyadan olan rəqiblərindən ümumilikdə 28 xal alan İslam rəqibə cəmi 2 xal verib. Final görüşündə güləşçimizTürkiyə təmsilçisini də məğlub edərək Avropa çempionatının qızıl medalına sahib olub. Bununla da İslam Abbasov gənclərin Avropa çempionatında üçüncü qızıl medalını qazanıb.

Daha çox


Son xəbərlər