İspaniya 4385 gün sonra uduzdu

İspaniya 4385 gün sonra uduzdu
DÜNYA FUTBOLU 22 İyun 2016 / 15:34 4518
-  A +

İspaniya millisinin Avropa çempionatlarının final mərhələlərindəki məğlubiyyətsizlik seriyasına son qoyulub.

Qol.az-ın məlumatına görə, son Avropa çempionları "Avro-2016"nın qrup mərhələsinin son turunda dünən Xorvatiyaya 1:2 hesabı ilə uduzub.

Bununla da, Priney təmsilçisi 4385 gün sonra Avropa çempionatının final mərhələsində məğlubiyyətlə üzləşib. İspaniya yığması sonuncu dəfə "Avro-2004"ün qrup mərhələsində Portuqaliyaya məğlub olub - 0:1.

Qeyd edək ki, "Avro-2016"da qrup mərhələsini ikinci pillədə başa vuran Visente del Boskenin komandası 1/8 finalda İtaliya ilə üz-üzə gələcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord