Messidən daha bir rekord

Messidən daha bir rekord
DÜNYA FUTBOLU 22 İyun 2016 / 14:11 6475
-  A +

Argentina millisinin hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.

Qol.az-ın məlumatına görə, 28 yaşlı futbolçu buna Amerika kubokunun yarımfinalında ABŞ-la keçirilən oyunda (4:0) nail olub.

Matçın 32-ci dəqiqəsində fərqlənən Messi yığmadakı qolların sayını 55-ə yüksəldib. Bununla da, Messi Argentina millisinin ən çox qol vuran futbolçusu adını qazanıb. O, yığmanın sabiq üzvü Qabriel Batistutanı geridə qoyub.

Qeyd edək ki, Messiyə qədər Batistuta 54 qolla Argentina millisinin ən məhsuldar futbolçusu idi.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı