Fomenko gedir, Şevçenko gəlir

Fomenko gedir, Şevçenko gəlir
DÜNYA FUTBOLU 21 İyun 2016 / 10:50 6252
-  A +

Ukrayna yığmasında baş məşqçi dəyişikliyi olacaq.

Qol.az-ın məlumatına görə, millinin baş məşqçisi Mixail Fomenko vəzifəsindən gedəcəyini bildirib.

O, yerli mətbuata açıqlamasında “Avro-2016”nın C qrupunda bu gün Polşaya qarşı keçiriləcək oyundan sonra istefa verəcəyini deyib:

“Bəli, Polşa ilə oyun mənim üçün sonuncu olacaq. Qarşıma qoyulan işi yerinə yetirə bilmirəmsə, niyə vəzifəmdə qalmalıyam?”

Fomenko onu Andrey Şevçenkonun əvəzləyəcəyi haqda yayılan xəbərə də münasibət bildirib:

“Niyə də olmasın? Şevçenkonun futbolda böyük təcrübəsi var, məqşçilik kursların bitirb. Arzu edirəm ki, onun məşqçilik işi də futbolçu karyerası kimi uğurlu olsun”.

Hazırda Fomenkonun köməkçisi olan Şevçenko millinin baş məşqçi vəzifəsinə yeganə namizəddir.

Qeyd edək ki, Ukrayna millisi “Avro-2016”nın C qrupunda həm Almaniya, həm də Şimali İrlandiyaya 0:2 hesabı ilə məğlub olaraq qrupdan çıxmaq şansını itirib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı