David de Xeadan yeni rekord

David de Xeadan yeni rekord
DÜNYA FUTBOLU 18 İyun 2016 / 13:42 5382
-  A +

İspaniya millisinin qapıçısı David de Xea yeni rekorda imza atıb.

Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, 26 yaşlı qolkiper buna "Avro-2016"da Türkiyə ilə görüşdə (3:0) qapısının toxunulmazlığını qorumaqla nail olub.

Bu oyuna qədər de Xea "Avro-2016"nın seçmə mərhələsində Lüksemburq, Makedoniya və Ukrayna, eləcə də turnirin final mərhələsində Çexiya ilə görüşlərdə də qapısında top görməyib. Bununla da, yığmasının beynəlxalq turnirlərdəki 5 rəsmi matçında qol buraxmayan de Xea bu göstəricidə liderliyə yüksəlib.

Qeyd edək ki, əvvəlki rekord İngiltərə millisinin qapıçısı Qordon Benksə məxsus olub. "DÇ-1966"nın 4 rəsmi görüşündə onun qoruduğu qapıya qol vurmaq mümkün olmayıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın