Amerika kuboku: ikinci yarımfinalçı müəyyənləşdi

Amerika kuboku: ikinci yarımfinalçı müəyyənləşdi
DÜNYA FUTBOLU 18 İyun 2016 / 10:28 6130
-  A +

Amerika kubokunda ikinci yarımfinalçı müəyyənləşib.

Qol.az-ın məlumatına görə, növbəti oyun günündə Peru Kolumbiya ilə üz-üzə gəlib.

90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtda da qapılara qol vurulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (4:2) Kolumbiya millisi yarımfinala adlayıb.

Qeyd edək ki, daha öncə turnirin ev sahibi olan ABŞ millisi yarımfinala vəsiqə qazanıb. Digər yarımfinalçılara Argentina - Venesuela və Meksika - Çili oyunlarından sonra aydınlıq gələcək.

 

18 iyun

Amerika kuboku, 1/4 final

Peru - Kolumbiya - 0:0 (penaltilər seriyası - 2:4)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı