“Qarabağ” argentinalı futbolçular gətirir

XƏBƏR 7 Yanvar 2009 / 15:40 3105
-  A +

İkinci dövrənin hazırlıqlarını davam etdirən “Qarabağ” heyətini gucləndirmək yolundakı fəaliyyətini davam etdirir. Qol.Az-ın məlumatına görə, ağdamlılar ən azı daha 3 futbolçu ilə müqavilə bağlamaği planlaşdırır ki, bunların da əcnəbi olacaqları gözlənilir. Çünki yerli futbolçuların transferleri artıq yekunlaşıb. Komanda Antalyadakı təlim-məşq toplanışı zamanı yalnız əcnəbi futbolçuları sınaqdan çıxaracaq. Konkret olaraq, dörd argentinalı futbolçu bu ölkədən olan menecerlər vasitəsi ilə baxışdan keçmək üçün Ağdam klubunun düşərgəsinə göndəriləcək. Onlardan ikisi elita, ikisi isə birinci dəstə klublarında forma geyinirlər. Qeyd edək ki, “Qarabağ” daha bir müdafiəçi, bir dayaq yarımmüdafiəçisi və bir səviyyəli hücumçunu heyətina qatmağı düşünür.    

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın