“Giresunspor”un azarkeşləri azərbaycanlı futbolçudan uğur gözləyirlər

XƏBƏR 7 Yanvar 2009 / 14:33 3094
-  A +

Həmyerlimiz Vasif Əliyevin şərəfini qoruduğu Türkiyənin “Giresunspor” klubunun azarkeşləri ikinci dövrədə komandalarından yüksək nəticələr gözləyirlər. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar Vasif də daxil olmaqla yeni transferlərin «Giresunspor» klubuna uğur qazandıracaqlarına əmindirlər. 2000-ə yaxın azarkeş arasında aparılan sorğunun yekunlarına əsasən respondentlərin 62 faizi “Giresunspor”un mövsümü ilk «altılıq»da bitirəcəyinə əmindir. 35 faiz tərəfdar buna inanmır, 3 faiz isə fikir bildirməkdən imtina edib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı