Milli komandayla bağlı sensasiyalı yenilik

ÖLKƏ FUTBOLU 7 Yanvar 2009 / 14:15 3620
-  A +

“Milli komandaya futbolçuları tapşırıqla çağırırlar». Bu sözləri Qol.Az-a müsahibəsində  “Bakı” klubunun sabiq vitse-prezidenti Nail Əliyev bildirib. O, federasiyada bəzi şəxslərinn futboldan uzaq olduğunu, milliyə də öz adamlarını dəvət etdiklərini söyləyib: «Mahmud Qurbanov kimi təcrübəli futbolçu 2004-cü ildə niyə millidən kənarda qaldı? O vaxt AFFA Mahmudu sındırdı. Onu əsas komandadan uzaqlaşdırdı».
N.Əliyev milli komandamızın sabiq baş məşqçisi Karlos Alberto Torreslə söhbətini yada salıb: «O deyirdi ki, mənə milli komandaya futbolçu çağırmağa imkan vermirlər. Hərə gəlib deyir ki, bu, mənim qohumumdur, o mənim bacım oğludur, dəvət et. Belə inkişaf olmaz. Bir sözlə, milliyə futbolçular indi də tapşırıqla cəlb olunur».
O, «Bakı»da işlədiyi vaxt AFFA-dan bəzi adamların ona zənglər etdiyini, yaxınlarını, qohumlarını rəhbəri olduğu kluba götürmələrini istədiklərini bildirib: «Bir gündə mənə 50 dəfə mənə zəng vururdular. Ancaq mən onlara cavab vermirdim».

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın