“Kocaelispor” baş məşqçi problemini həll edə bilməyib

XƏBƏR 7 Yanvar 2009 / 13:20 2793
-  A +

Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovu transfer etmək istəyən Türkiyənin “Kocaelispor” klubunda baş məşqçi məsələsi ilə bağlı problem yaranıb. Bu barədə Türkiyə mətbuatı xəbər verib.

“Kocaelispor”un yeni baş məşqçisi kimi Kaan Dobra təsdiqlənsə də, klubun maliyyə problemini həll edə bilməməsi bu təyinatın rəsmiləşməsinə imkan verməyib.

Hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Kocaelispor” komandasının rəhbərliyi baş məşqçi məsələsini həll etmək üçün Hikmet Karaman və Güvenç Kurtarla danışıqlar aparır. Amma hər iki məşqçinin 6-7 futbolçunun transferi ilə bağlı irəli şərt sürməsi, klub rəhbərliyini çətin vəziyyətdə qoyub.

 

 

Mənbə: trend

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı