"Xəzər Lənkəran"ın antirekord seriyası qırıldı

"Xəzər Lənkəran"ın antirekord seriyası qırıldı
PREMYER LİQA 21 May 2016 / 17:33 8911
-  A +

Topaz Premyer Liqanın 36-cı turunda “Rəvan”la qarşılaşan “Xəzər Lənkəran”ın məğlubiyyət seriyası qırılıb.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, son 12 oyunda məğlub olub, klub tarixinin antirekordunu müəyyənləşdirən Lənkəran təmsilçisi səfər matçında 1 xal qazanıb – 2:2.

Cənublular bunadək sonuncu xalını 23-cü turun “Qəbələ” ilə fevralın 27-də keçirilən səfər matçında qazanıb. 83 gündən sonra xal əldə edən “Xəzər Lənkəran” ölkə çempionatlarının 24 illik tarixində ən uzun məğlubiyyət seriyalarından birinin müəllifi olub. Bu göstəricidə antirekord “Şəfa”ya məxsusdur. Paytaxt klubu ardıcıl 28 görüşdə uduzub. “Şəmkir” 15, MOİK-lə “Energetik” (Şirvan) 14, “Bakılı” və “Neftqaz” 13 tur xala həsrət qalıb. “Xəzər” (Sumqayıt), “Gənclərbirliyi”, MOİK və “Avtomobilçi”nin 12 oyundan ibarət məğlubiyyət seriyası qeydə alınıb.

Ötən il noyabrın 2-də 11-ci tur çərçivəsində keçirilən “Rəvan”la səfər oyunundakı 1:0 hesablı qələbədən sonra qalib gələ bilməyən “Xəzər Lənkəran”ın bu seriyası 25-ə çatıb. Bu, ölkə çempionatları tarixində 5-ci nəticədir. “Şəfa” 33, “Bakı” 32, “Energetik” (Şirvan) 28, “Göyəzən” 27 oyun qalib gəlməməklə daha uğursuz seriyalara imza atıb.

 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı