Vaqif Cavadovu "Qarabağ"da braziliyalı hücumçu əvəzləyə bilər

PREMYER LİQA 14 Yanvar 2010 / 11:46 3239
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Ağdamın "Qarabağ" klubu baxışa iki futbolçu dəvət edib. Qol.Az-ın məlumatına görə, baxışda olan futbolçulardan biri Rusiyanın MOİK klubunun əvəzedici heyətinin üzvü olan Maksim Fyodorovdur. 21 yaşlı Fyodorov yarımmüdafiəçidir. Digər futbolçu - Qabriel Apolo Mendonca Roşa isə Fransanın aşağı liqa təmsilçisi "Sainte Genevieve Sports"un üzvüdür. Braziliya vətəndaşı olan 24 yaşlı Roşa hücumçu mövqeyində çıxış edir. Çox güman ki, "Qarabağ" Roşaya məhz bu günlərdə "Tvente"yə transfer olunan Vaqif Cavadovun əvəzləyicisi gözüylə baxır.


 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı