2010-cu ildə Azərbaycan futbolunun ilk qələbəsi

PREMYER LİQA 13 Yanvar 2010 / 17:17 4218
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan «Bakı» klubu bu gün «Şanlıurfaspor» klubu ilə yoldaşlıq oyunu keçirib. Qol.Az oyundan canlı mətn-reportaj verib.

"BAKI" - "ŞANLIURFASPOR" - 3:0  

"Bakı"nın əsas heyəti: Marko Şarliya, Stevan Bates, Ernad Skuliç, Kürşad Duymuş, Aleksandr Şoliç, Vadim Borets, Bəxtiyar Soltanov, Jaba, Venio, Adriano, Adnan Bərəkət

Bununla da çempionumuz 2010-cu ildə ilk qələbəsini qazandı.

Oyun başa çatdı.  

84. Son dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində keçir.

78. Əziz özünün ikinci, komandasının dördüncü qolunu vurmağa çox yaxın idi. Lakin zərbəsində azacıq dəqiqlik çatmadı.

76. Seneqallı qolkiper növbəti dəfə keçilməzdir.

71. Rəqibin hücumu təhlükəli alındı. Lakin Sissoko komandasının qoldan xilas etdi.

58. QOLLLLLLL. "Bakı" üçüncü qolu vurdu. Daha bir debütant - Əziz Quliyev fərqləndi. O, rəqib müdafiəçinin səhvindən yararlanaraq, üçüncü qolu vurdu.

52. "Bakı"nın hücumçusu Əhməd Ticani ciddi zədə alaraq, oyunu yarımçıq tərk edir. Onun əvəzinə meydana Səbuhi Həsənov daxil olur.

47. QOLLLL. "Bakı" ikinci qolu vurdu. Mahmud Qurbanovun künc zərbəsindən ötürdüyü topu Fabio başla qapıdan keçirdi.  

46. Baş məşqçi Bülənt Qorxmaz ikinci hissədə bu futbolçulara şans verib:

Xalidu Sissoko, Saşa YUnisoğlu, Cəmşid Məhərrəmov, Rafael Əmirbəyov, Elvin Əliyev, Hacı Əhmədov, Əziz Quliyev, Fabio Luis Ramim, Mahmud Qurbanov, Əhməd Ticani, Rəhman Hacıyev 

İkinci hissə başladı.  

Birinci hissə başa çatdı. Çempionumuz fasiləyə 1:0 hesabı ilə öndə yollanır.

Bu dəqiqələrdə Antalyada güclü yağış yağır.

33. Soliç qapıçı ilə təkbətək çıxsa da, şansını boşa verdi.

31. Adrianonun qüvvətli zərbəsi qapının üstündən keçdi.

26. Bərəkət özünün və komandasının ikinci qolunu vurmağa çox yaxın idi. Lakin ərəbəsilli hollandiyalı futbolçunun cərimə zərbəsi qapıdan azca aralı keçdi.  

16. QOL. Çempionumuz hesabı açdı. Jabanın ötürməsindən sonra Adnan Bərəkət fərqləndi. Bununla da hollandiyalı futbolçu "Bakı"da qol hesabını açdı.

13. Adrianonun zərbəsi qüvvətli alınsa da, qapıçı yerindədir.  

10. Qapıya ilk zərbə Jabadan gəldi. Qapıçl yerindədir. "Bakı"nln üstünlüyü var, amma Azərbaycan çempionu təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkir.

5. Hesab açılmayıb.

Oyun başladı.  


 


Son xəbərlər