Georgi Nikolov Todorovun "İnter"ə keçidinə münasibət bildirdi

XƏBƏR 13 Yanvar 2010 / 14:58 2120
-  A +

“İnter”in prezidenti Georgi Nikolov bolqarıstanlı müdafiəçi Yordan Todorovun komandaya gəlişi barədə yayılan xəbərlərə münasibət bildirib. Qol.Az-ın müxbirilə söhbətində bolqarıstanlı klub rəsmisi Todorovun ilk növbədə baxışdan keçəcəyini deyib: “Todorovla maraqlanırıq. Amma onun transferinin reallaşıb-reallaşmayacağını dəqiq söyləmək olmaz. Çünki o, ilk növbədə baxışdan keçməlidir. Komandamız Antalyada təlim-məşq toplanışında olarkən Todorov 2-3 günlük düşərgəyə gələcək və baxışdan keçəcək. Yəqin ki, Sxadadze onu yoxlama oyununda da sınaqdan keçirəcək. Əgər məşqçimiz istəsə, o zaman transfer reallaşa bilər”.
Nikolov onu da bildirdi ki, Todorovun hələ ÇSKA ilə müqaviləsi var: “Onun hazırda klubu ilə müqaviləsi var. Amma ÇSKA Todorovu transferə çıxarıb. Sofiyalıların Todorovun transferinə görə istədikləri məbləğ də bizə məlumdur. Söhbət hər hansı bir böyük rəqəmdən getmir. Sxadadze Todorovu istəsə, ÇSKA-nın rəhbərliyi ilə ortaq məxrəcə gəlmək problem olmayacaq”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın