"Xəzər Lənkəran" Belarus klubu ilə qarşılaşacaq

"Xəzər Lənkəran" Belarus klubu ilə qarşılaşacaq
XƏBƏR 13 Yanvar 2010 / 12:53 2049
-  A +

“Xəzər Lənkəran” dünəndən etibarən Türkiyənin Belek şəhərində bir araya gələrək təlim-məşq toplanışına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ayın 28-dək davam edəcək hazırlıq prosesinin gedişində komanda qüvvəsini dörd yoxlama oyununda sınayacaq. Artıq dünən axşam saatlarında “ağ-yaşıllar” ilk məşqə çıxıb. Bugündən başlayaraq komanda gündə iki dəfə məşqə çıxacaq. Bazar günü – yanvarın 17-də “Xəzər Lənkəran” ilk yoxlama görüşünü keçirəcək. Komandanın ilk sparrinq-rəqibi Belarus təmsilçisi “Vitebsk”in olacağı nəzərdə tutulur.

Son xəbərlər