Millimizin baş məşqçisi mətbuat konfransı keçirəcək

Millimizin baş məşqçisi mətbuat konfransı keçirəcək
XƏBƏR 13 Yanvar 2010 / 12:36 1735
-  A +

Avropa çempionatının final mərhələsi çərçivəsində futzal üzrə milli komandamızının keçirəcəyi hər iki oyundan 1 gün əvvəl baş məşqçi Joze Alesio da Silvanın mətbuat konfransı keçiriləcək. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, yanvarın 18-də, yerli vaxtla saat 10:30-da Papp Laszlo Arenada, yanvarın 20-də isə eyni vaxtda milli komandamızın qalacağı oteldə Joze Alesio da Silva mətbuat nümayəndələri ilə görüşəcək. Xatırladaq ki, millimiz yanvarın 19-da, Bakı vaxtı ilə saat 20:30-da Macarıstan, yanvarın 21-də isə Bakı vaxtı ilə saat 21:00-da Çexiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Budapeşt şəhərindəki Papp Laszlo Arenada keçiriləcək.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın