“Ayaks”ın futbolçusu “Bakı”ya gəlir?

“Ayaks”ın futbolçusu “Bakı”ya gəlir?
XƏBƏR 13 Yanvar 2010 / 11:37 2100
-  A +

“Bakı” heyətini Nigeriya milli komandasının üzvü Pius İkedia ilə gücləndirə bilər. Qol.Az-ın ELFvoetbal.nl saytına istinadən verdiyi məlumata görə, çempionumuz afrikalı yarımmüdafiəçini transfer etmək üçün əlavə xərcə düşməyəcək. Çünki İkedianın sabiq klubu “Rozendal”la artıq müqaviləsi başa çatıb. 29 yaşlı futbolçu əvvəllər “Ayaks” və “AZ Alkmaar” kimi tanınmış klubların formasını geyib. Nigeriya millisində keçirdiyi 15 oyunda 1 qol vurub. Eyni zamanda millinin heyətində 2002-ci il dünya çempionatının və 2000-ci il olimpiadanın iştirakçısı olub.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı