"Bakı" bu gün növbəti yoxlama görüşünü keçirəcək

XƏBƏR 13 Yanvar 2010 / 10:46 2077
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Bakı" klubu bu gün daha bir yoxlama oyunu keçirəcək. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Bülənt Qorxmazın komandası bu dəfə Türkiyə ikinci liqasının təmsilçisi "Şanlıurfaspor" klubu ilə qarşılaşacaq. Yoxlama oyunu Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Xatırladaq ki, ilk yoxlama oyununda "Bakı" Türkiyə birinci liqa təmsilçisi "Karşıyaka" ilə 1:1 hesablı heç-heçəyə nail olmuşdu. Qeyd edək ki, son ölkə çempionu ""Bakı" Birlik Kuboku"nda iştirak etmək üçün yanvarın 15-də Antalyadan birbaşa Rusiyanın paytaxtı Moskvaya yola düşəcək.

Daha çox


Son xəbərlər