“Neftçi”nin yeni rəqibi bəlli oldu

“Neftçi”nin yeni rəqibi bəlli oldu
XƏBƏR 13 Yanvar 2010 / 10:37 1748
-  A +

Ukrayna və Rusiya Premyer Liqa klubları “Neftçi” ilə görüşməyə qərar verib. Qol.Az-ın məlumatına görə, Ujqorod “Zakarpatye”sinin ardınca Perm “Amkar”ının da “ağ-qaralar”la yoxlama oyununda qüvvəsini sınayacağı məlum olub. “Amkar” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında (yanvarın 16-dan 28-dək) son görüşünü yanvarın 27-də “Neftçi” ilə keçirəcəyini rəsmən açıqlayıb.

Permlilərin həmin oyunadək Odessanın “Çernomorets” (yanvarın 21-də), Rumıniyanın “Qloriya” (yanvarın 26-da) klubları ilə görüşləri nəzərdə tutulub. Flaqman “Amkar”la oyundan üç gün sonra isə “Zakarpatye” ilə qüvvəsini sınayıb, Türkiyədəki hazırlıq prosesini başa vuracaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı